Şəmkirdə maşın aşdı: 2 yaralı

Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobilin aşması nəticəsində iki nəfər kənd sakini - 1964-cü il təvəllüdlü İntizar Xəlilov və 1971-ci il təvəllüdlü Nazim İmanov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli