Azərbaycan prezidenti Türkmənistan baş nazirinin müavinini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan baş nazirinin müavini Baymurad Xocamuhammedovu qəbul edib.


APA-nın məlumatına görə, görüş zamanı prezident İlham Əliyev xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu və əsrlər boyu dost kimi yaşadıqlarını, hazırda isə ölkələrimizin müstəqil dövlətlər kimi uğurla inkişaf etdiyini və sosial-iqtisadi sahədə yaxşı nəticələr qazandıqlarını məmnunluqla qeyd edib.

 

Dövlət başçısı Baymurad Xocamuhammedovun Azərbaycana səfərini dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

 

Müəllif | Apa.Tv
Apa.tv