Lənkəranda qatar 77 yaşlı kişini vurub öldürdü

Lənkəranda qatar piyadanı vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 28-də saat 15.30 radələrində Osmanlı-Astara dəmir yolunun 150-ci kilometrliyində, yolun Lənkəran rayonunun Göyşaban dəmiryol stansiyası ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sürətlə hərəkətdə olan yük qatarı yolu keçmək istəyən Lənkəran şəhər sakini, 77 yaşlı Qiyas Mustafa oğlu Ağayevi vurub. Aldığı xəsarətlərdən Qiyas Ağayev hadisə yerində ölüb. İlkin versiyaya görə, mərhumun eşitmə problemi olduğundan qatarın siqnal səsinə reaksiya verə bilməyib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv