Bakıda 23 yaşlı gənc bıçaqlandı

Bakının Nəsimi rayonu ərazisində qanlı hadisə olub. APA TV-nin məlumatına görə, 23 yaşlı gənc öz həmyaşıdını bıçaqlayıb.

 

Bakı şəhər sakini, 23 yaşlı Etibar Mehdiyev qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Dərhal əməliyyat olunan yaralının həyatını həkimlər xilas ediblər.

 

Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən 23 yaşlı gəncin Rəşid Behbudov küçəsində bıçaqlandığı məlum olub. Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları Etibar Mehdiyevin Quba rayon sakini, 23 yaşlı Maarif Dəmirov tərəfindən bıçaqlandığını müəyyən ediblər.

 

Hadisəni törətmiş şəxs çox keçmədən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv