İran prezidenti BMT-də Səudiyyə Ərəbistanını ittiham etdi
İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasından çıxış edib.
APA TV-nin məlumatına görə, o, çıxışında Həcc ziyarəti zamanı Mina düzündə baş verən faciəyə geniş yer ayırıb, Səudiyyə Ərəbistanını tənqid edib və faciənin səbəblərinin araşdırılması məsələsini qaldırıb: "Həccdə ölənlərin yasını tutan bir millətin adından danışıram. Mənəvi məqsədlə toplanan yaşlı, gənc, qadın, kişi müsəlmanlar bacarıqsızlıq və pis idarəetmənin qurbanı oldu. Hesab verilmədiyi üçün ölənlərin kimliyi də məlum olmadı və cənazələrin sürətlə ailələrə təhvil verilməsi təşkil edilmədi".
Həsən Ruhani dünyanın dörd tərəfindən gələn məsum insanların ölməsi və yaralanmasının təbii fəlakət kimi qiymətləndirilməli olmadığını bəyan edib.