Xaçmazda oğul atasını armaturla vurdu

Bu gün axşam saatlarında Xaçmaz rayonunda oğul atasına xəsarət yetirib.


APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 1954-cü il təvəllüdlü Nadirşah İbrahimov 1983-cü il təvəllüdlü oğlu Namiq İbrahimov tərəfindən döyülüb.

 

Yaxınlarının verdiyi məlumata görə, şəxsi münaqişə zəminində oğul atasına armaturla zərbə vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən N.İbrahimova kəllə-beyin travması, baş beynin və təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan