Bakı-Qazax yolunda yanğın oldu

Bakı-Qazax avtomagistralının kənarında yanğın baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Quru otlarla, kol-kosla əhatələnən ərazi tez bir zamanda yanaraq hətta yol kənarındakı işarələrin yaxınlığına qədər gəlib çıxıb.

 

Yanğın baş verən ərazinin yaxınlığında yaşıl ağaclar, qarğıdalı sahələri olsa da, alov həmin əraziyə çatmadan söndürülüb.

 

Müəllif | Apa.Tv