Qubada 79 yaşlı qadını maşın vurub öldürdü

Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Hadisə Quba-Qonaqkənd yolunun II Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

24 yaşlı Quba sakini Nəsib Qubatov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Sərfinaz Mirzəliyevanı vurub. Ağır bədən xəsarətləri alan yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Rayonda baş verən digər yol-nəqliyyat hadisəsi isə Quba-Pirvahid yolunda qeydə alınıb. Quba sakini Fəxrəddin Xəlifəyevin idarə etdiyi “VAZ-2107” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Rusiya Federasiyası Həştərxan vilayətinin sakinləri olduğu bildirilir. 

 

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Vəli Turan