"ADDA Project" - Öz üslubunuzu yaratmaqda bizə güvənin!

Bir neçə pilləli tavanlar, gözqamaşdırıcı işıqlandırma sistemi, psixologiyamıza mənfi təsir edən rəng çalarları, qeyri-peşəkar hazırlanmış mətbəx otağı, darısqal sanitar qovşağı və narahat mebel yerləşimi...

 

Gəlin etiraf edək ki, bu sadalananların əksəriyyəti  hər kəsin mənzilində var və hər gün buna görə müəyyən problemlərlə qarşılaşırıq. Bəs nə edək? Çox düşünməyə ehtiyac yoxdur. Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün "ADDA Project" memarlıq və dizayn şirkətinə müraciət etmək kifayətdir. Şirkət ilk növbədə bu problemlərin həlli yollarının tapılması, rahat və funksional interyer layihələrin hazırlanması üzərində axtarışlar aparır. "ADDA Project" müasir texnologiyalar əsasında qurulmuş layihələndirmə, dizayn və təmir-tikinti şirkətidir.

 

Ənənəvi üslubu müasirləşdirərək günümüzə inteqrasiya edən "ADDA Project" memarlıq və dizayn şirkəti dövrün tələblərinə cavab verən özünəməxsus iş üslubu ilə sizin xidmətinizdədir. Şirkətin əsas məqsədi dəyərli müştərilərlə stabil əlaqələr yaradıb inkişaf etdirmək, fərqlənmək, rəqabətə davamlı, yüksək keyfiyyətli məhsul və servis imkanlarına sahib olmaqdır.

 

"ADDA Project" fəaliyyətində milli dəyərləri əks etdirməklə beynəlxalq arenada söz sahibi olmağı hədəfləyir. Şirkət keyfiyyət anlayışını belə başa düşür:

 

- Etibarının davamlılığını təmin etmək;

- Keyfiyyət səviyyəsinin yüksəldilməsi üçün elmi-texniki inkişafı və müasir tendensiyaları izləmək;

- Kreativ düşüncəli, təcrübəli, potensiallı, yeniliyə “açıq beyin gücü ilə” baxa bilən kadrların yetişdirilməsi;

- Keyfiyyətli xidmət üçün personalın müvafiq təlimlərlə daim maarifləndirilməsi;

- Müştərini ən yaxşı şəkildə məmnun etmək;

- Ətraf mühitə, cəmiyyətə, öz işinə diqqət və məsuliyyətlə yanaşmaq.

 

"ADDA Project" müştərilərinə zəmanət də verir. Şirkət hər bir işində məsuliyyətli olmaqla sözünün arxasında dayanmağa çalışır. Belə ki, məhsulu bəyənmədiyiniz halda belə, ödənilmiş məbləğin tam olaraq geri qaytarılması haqqında müqaviləyə xüsusi bir bəndin daxil edilməsi zəmanətin bariz nümunəsidir. Bu səbəbdən “mükəmməllik” axtarışları heç zaman bitməyəcək. Bu gün 10 müştəridən 8-i "ADDA Project"i seçir.

 

"ADDA Project" - Öz üslubunuzu yaratmaqda bizə güvənin!

 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi-33

"Əsra Palaza", 4-cü mərtəbə

Müəllif | Apa.Tv
Apa.tv