Azərbaycanda havanın hərarəti yüksəlir - PROQNOZ

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.  

 

Bölgələrdə axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-23 dərəcə isti olacaq. 

 

Oktyabrın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif | Apa.Tv
Apa.tv