MTN Suriyada döyüşlərdə iştirak edən Ağsu sakinini həbs etdi

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.


APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Taleh Mahir oğlu Əhmədov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.

 

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub. Taleh Əhmədov barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv