İrandan Azərbaycana 7,5 kq narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, sentyabrın 26-da həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitə keçirmək istəyərkən Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Rövşən Fərahim oğlu Nəsirov saxlanılıb.

 

Ondan 7 kiloqram tiryək və 470 qram heroin götürülüb.

 

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv