İmişli sakininin həyətindən 118 kq çətənə kolu tapıldı

İmişli rayon sakininin həyətində külli miqdarda narkotik vasitə olan çətənə kolları aşkarlanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində Murğuzallı kənd sakini Əlifağa Xudam oğlu Rəşidova məxsus həyətyanı sahəyə baxış keçirilib.

 

Baxış zamanı orada əkilib becərilən çəkisi 118 kq olan 63 ədəd çətənə kolu aşkar edilib. Məlum olub ki, aprel ayında əkilən kollara xüsusi aqrotexniki qaydada qulluq edilib. Faktla İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı