Şəmkirdə 15 yaşlı oğlan dostunu bıçaqladı
Şəmkir rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Zəyəm qəsəbə sakini, 15 yaşlı N.N. şəxsi münasibətlər zəminində dostu, 22 yaşlı Vüsal Mahmudovu bıçaqlayıb.
Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanası cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat edilən Vüsal Mahmudovun vəziyyəti orta ağır-qiymətləndirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.