Azərbaycan prezidenti Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.

 

APA TV-nın məlumatına görə, səfir İmre Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

 

Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv