Bakıda bədbəxt hadisə: liftin qapıları arasında qalıb öldü

Bakı sakini bədbəxt hadisənin qurbanı olub. APA TV-nin məlumatına görə, ötən gecə 51 yaşlı paytaxt sakini liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Bəylər Yasin oğlu Həşimovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv