Xaçmaz prokurorluğunun əməkdaşı qəzaya düşdü
Siyəzən rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən hissəsində baş verib.
Bakı istiqamətində hərəkətdə olan “Mazda” markalı avtomobillə Quba istiqamətində hərəkətdə olan yük avtomobili toqquşub. Qəza nəticəsində “Mazda” markalı avtomobilin sürücüsü, 28 yaşlı Tural Məmməd oğlu Allahverdi xəsarət alıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan yaralıya qarının küt travması, sağ biləyin sıyrılmış yarası və sağ topuğun sınığı diaqnozu qoyulub.
Qəzada xəsarət alan şəxs Xaçmaz rayon Prokurorluğunun əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.