Kürdəmirdə ev yandı
Kürdəmir rayonunda ev yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında səhərin Əliağa Vahid küçəsində qeydə alınıb.
Rayon sakini Valeh Əşrəf oğlu Əliyevə məxsus 4 otaqlı evdə güclü yanğın baş verib. Hadisə yerinə Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumi sahəsi 162 kvadratmetr olan evin 1 otağı əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.
İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Hadisənin dəqiq səbəbi araşdırılır.