İranın Azәrbaycandakı sәfiri: "Bu faciә Sәudiyyә Ərəbistanının idarәçiliyi nәticәsində baş verib"

Bu il Həcc ziyarəti zamanı bir çox iranlı hacının Mina çölündə faciəli şəkildə ölməsi ilə əlaqədar İranın Azərbaycandakı səfirliyində xüsusi xatirə kitabı açılıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə xəbər Xarici İşlər Nazirliyi və Bakıda yerləşən digər səfirliklərə rəsmi olaraq bildirilib. 

 

İranın Azәrbaycandakı sәfiri Möhsun Pak Ayinin fikrincə, baş verәn hadisә iki ölkә arasında mübahisәyә sәbәb olacaq mәsәlə deyil. Onun sözlərinə görə, İranın Sәudiyyә Әrәbistanı ilә bәzi regional mәsәlәlәrdә fikir ayrılğı var vә hәr iki ölkә bunu yerindә hәll edir: “Biz bu mәsәlәni siyasilәşdirmәk istәmirik. Biz sadәcә, Hәcc ziyarәtinin gәlәcәyindәn çox nigaranıq. Baş verәn hadisә çox böyük bir faciәdir. İndiyә kimi elan olunan nәticәyә әsasәn 5 minә yaxın insan vәfat edib. Bunlar Nigeriya, Pakistan, o cümlәdәn İran vә digәr İslam ölkәlәrindәn olan vәtәndaşlardır. Belә bir şayiә yayılıb ki, guya orada olan iranlı zәvvarlar iğtişaş vә qarşıdurma yaratmağa çalışıblar. Necә ola bilәr ki, ehram paltarı geyinәn, Hәcc ziyarәti edәn şәxs qarşıdurma yaratsın? Hadisәlәri düzgün bilmәsәk, gәlәcәk planlarımızı qura bilmәrik. Orada olan müsәlmanlar yaxından gördülәr ki, bu hadisә Sәudiyyә Ərəbistanının idarәçiliyi nәticәsində baş verib. Biz bu fikirdәyik ki, İslam Әməkdaşlıq Təşkilatı hadisәnin dәqiq araşdırılması üçün nümayәndә heyәti göndәrmәlidir. Ümid edirik ki, gәlәcәkdә bu kimi hadisәlәrin şahidi olmayacağıq”.  

Müəllif | Apa.Tv
Apa.tv