Əfqanıstan ordusu Talibana qarşı əks-hücuma keçdi

Əfqanıstan ordusu ABŞ aviasiyasının köməyi ilə Taliblərə qarşı hücuma keçib. APA TV-nin xəbərinə görə, buna səbəb Talibanın Kunduz şəhərini ələ keçirməsidir.

 

Bu şəhər zəbt olunması Talibanın son 14 il ərzində ilk irimiqyaslı hərbi əməliyyatı hesab olunur. Kunduz şəhəri ölkənin eyniadlı əyalətinin inzibati mərkəzidir. Bununla yanaşı, şəhər ölkənin mərkəzi ilə şimalını birləşdirən və paytaxta gedən yolun əsas nöqtəsidir.

 

Hərbi ekspertlərin fikrincə, taliblər şəhəri uzun müddət nəzarətdə saxlaya bilməyəcəklər. Çünki onlara lazım olan hökumətə hərbi güclərini nümayiş etdirmək idi ki, buna da nail olublar.

Müəllif | Apa.Tv
Apa.tv