Lənkəranda iki avtomobil toqquşdu
Lənkəranda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da günorta saatlarında şəhərin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini Ruslan Həsənovun idarə etdiyi “VAZ-21099” markalı, 10 CE 055 dövlət nömrə nişanlı minik avtomobili digər Lənkəran sakini Vahab Bağırovun idarə etdiyi “VAZ-2107” markalı, 10 EO 036 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-21099”-un sürücüsü Ruslan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həmçinin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.