Ziya Yusif-zadə II Fəxri Xiyabanda dəfn edildi

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində nazirliyin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, vida mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək, onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətində hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.

 

Ziya Yusif-zadə II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv