Dollar və rubl bahalaşdı, avro ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları bir gün əvvələ nisbətən manat qarşısında cüzi dəyər qazanıb. Hazırda 1 ABŞ dollarının dəyəri 1.0485 manatdır.
Son bir həftə ərzində bahalaşmaqda olan avro isə yenidən ucuzlaşmağa başlayıb. Mərkəzi Bank 1 avronun kursunu 1.1688 manat olaraq müəyyənləşdirib.
Rusiya rublu da manat qarşısında dəyərini artırmaqdadır. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 16 manat 10 qəpikdir.