Bakıda iki gənc bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, Babək prospekti-78 ünvanında 27 yaşlı Təvəkkül Tanrıverdiyevin tanışı ilə mübahisəsi düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib.

 

Dava zamanı Təvəkkül Tanrıverdiyev tərəfindən döyüldüyünü görən şəxs əlini bıçağa atıb. O, Təvəkkülə kürək nahiyəsindən altı, ayağından isə bir zərbə endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı tanışları tərəfindən xəstəxanaya aparılıb. Təvəkkül Tanrıverdiyev dərhal əməliyyat olunub.

 

Xəstəxanadan hadisə barədə ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat verilib. Bölmədən hadisəni törədən şəxsin axtarışlarının davam etdiyi bildirilib. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Nərimanov rayonunda da bıçaqlanma hadisəsi qeydə alınıb. Rayon sakini 23 yaşlı Əhəd Quliyev Arif Heydərov küçəsində bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına gətirilib. Əməliyyat olunan yaralının döş nahiyəsində həkimlər iki bıçaq xəsarətinin olduğunu bildiriblər.

 

Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv