BMT qərargahında Fələstinin bayrağı qaldırıldı
Nyu-Yorkda BMT-nin qərargahında Fələstinin bayrağı ucaldılıb. APA TV-nin məlumatına görə, bayrağı Fələstin lideri Mahmud Abbas qaldırıb.
“Bu tarixi bir andır. Sentyabrın 30-u Fələstin bayrağı günü olacaq”, - deyə M.Abbas bildirib.
BMT-nin baş katibi Pan Gi Mun deyib ki, bu gün bütün fələstinliləri üçün qürur günüdür.
Mərasimi Rəmallahdakı meydanlardan birində canlı izləyən fələstinlilər tarixi hadisəni sevinclə qarşılayıblar.
Qeyd edək ki, BMT Baş Assambleyası quruma üzv olmayan, lakin müşahidəçi statusuna malik olan dövlətlərin bayraqlarının qaldırılmasına dair qətnamə qəbul edib.