Göygöldə iki maşın toqquşdu: 1 yaralı

Göygöldə 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“Opel” markalı avtomobillə “QAZ-24” markalı avtomobilin toqquşması nəticəsində “Opel”də olan sərnişin, Goranboy rayonunun Cinli Boluslu kənd sakini, 1990-cı il təvəllüdlü Nərgiz Hüseynova xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv