Şahid: "Araq içirdi, yıxıldı, başı dəydi yerə" - MÜƏMMALI HADİSƏ
Bakının Nizami rayonu ərazisində qanlı hadisə baş verib.
APA TV-nin məlumatına görə, metronun "Neftçilər" stansiyası yaxınlığından təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına ağır yaralı gətirilib. Müayinə zamanı yaralının baş nahiyəsindən xəsarətlər alması müəyyən edilib.
Yaralı həkimlərə xəsarəti yolu keçərkən avtomobillə vurulma nəticəsində aldığını bildirib. Hadisə şahidləri isə həmin şəxsin yıxılaraq xəsarət aldığını deyiblər: "Araq içirdi. Yıxıldı, başı dəydi yerə. Hamı köməklik elədi. Təcilə yardıma zəng elədik, apardılar".
Hadisə ilə əlaqədar Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.