Sabunçuda piyadanı maşın vurdu

Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yolu keçmək istəyən piyada, 31 yaşlı Tural İmanovu "VAZ-21015" markalı avtomobil vurub. Avtomobilin sürücüsü piyadanı özü xəstəxanaya gətirib.

 

"VAZ-21015" markalı avtomobilin sürücü izahatının alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir. 

Müəllif | Apa.Tv