Bakı-Quba yolunda iki yük maşını toqquşdu: sürücülər öldü
Dünən axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, qəza magistralın 79-cu km qeydə alınıb. “Qazel” və "Schacman" markalı yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb. Dünyasını dəyişən sürücülərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.