Rusiya Suriyanı belə vurdu - REAL GÖRÜNTÜ
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın dağlıq ərazilərində yerləşən və İŞİD-in nəzarətində olan ərazilərdə Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi görüntüləri yayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, aviazərbələr pilotsuz uçan aparatlar vasitəsilə endirilib.
Bildirilir ki, terrorçu qruplaşmanın möhkəmləndiyi obyektlər tamamilə məhv edilib. İŞİD qruplaşmasının bu vaxta qədər bu həcmdə itki vermədiyi qeyd edilir. Aviazərbələrin əsas hədəfi terrorçuların nəqliyyat vasitələri, texnikası və silah anbarları olub.
Rəsmi Moskva bu əməliyyatların Dəməşqin xahişi ilə Tehran və Bağdadla razılaşdırdıqdan sonra başladığını bəyan edib.