Əhməd Davudoğlu BMT-də Qarabağdan danışdı
“Biz münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlinə dəstək vermək barədə səylərimizi artırmağa qərarlıyıq".
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə sərhədində sülhün bərpa olunması üçün Cənubi Qafqaz regionunda təhlükəsizlik və tərəqqi böyük rol oynaya bilər: “Bu region təəssüf ki, münaqişələr səbəbindən qeyri-stabil və zəif olaraq qalır. Bu münaqişələr hələ də həll olunmayıb”.