Taliban Kunduz şəhərini əldən verdi

Əfqanıstan ordusu ölkənin əsas şimal şəhəri sayılan Kunduz şəhərini taliblərdən azad etməyi bacarıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Kunduz şəhərinin Taliban döyüşçülərinlərdən azad edilməsi elə də asan olmayıb. Qələbə irimiqyaslı hərbi əməliyyatlar və əlavə qüvvənin çağırılması hesabına əldə edilib. Taliban böyük itkilər verib.

 

Beləliklə, taliblər Kunduz şəhərini cəmi 4 gün əlində saxlaya bilib. Bu, son 14 ildə Talibanın ən böyük hərbi uğuru kimi qiymətləndirilir. Əməliyyat zamanı Əfqanıstan ordusuna ABŞ aviasiyası və NATO hərbçiləri də dəstək verib.

Müəllif | Apa.Tv
Apa.tv