Nazir: “... tapşırıq almışıq”

“Bölgələrdə sosial ipotekanın təbliği və bu istiqamətdə aparıla biləcək işlərlə bağlı tapşırıq almışıq”. 

 

APA TV-nin məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyir. Azad Rəhimovun sözlərinə görə, artıq yeni proqramın və modelin hazırlanması üçün işlərə başlanılıb. Gənclər əsasən məşğulluq, mənzil problemindən, asudə vaxtın təşkilindən şikayətləniblər. Nazir deyir ki,  onların ictimai işlərdən kənarda qalmaması üçün nazirlik müəyyən tədbirlər həyata keçirəcək.

 

Nazir gənclərin seçkilərdə fəallığı məsələsinə də toxunub. Belə ki,  Azərbaycanda 600 min gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edəcək. Bununla bağlı Bakıda və bölgələrdə artıq müxtəlif tədbirlər həyata keçirilib. Yaxın günlərdə televiziyada sosial video çarxlar nümayiş etdiriləcək ki, bu da gənclərin seçkilərdə fəal iştirakına hesablanıb.

 

Müəllif | Apa.Tv