Diyarbəkirdə türk hərbçilərinə silahlı hücum: 2 şəhid
Diyarbəkirdən Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi silahlı hücuma məruz qalıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, səhər işə getmək məqsədilə eyni maşınla yola çıxan iki baş çavuşa Silvan qəsəbəsində naməlum şəxslər atəş açıb.
Silahlı hücum nəticəsində 26 yaşlı Tolqa Topçuoğlu və 31 yaşlı Sinan Uçan adlı hərbçilər hadisə yerində şəhid olub. Polis terrorçuların axtarışı üçün ərazidə genişmiqyaslı əməliyyata başlayıb.