Rusiyada 25 yaşlı narkobaron saxlanıldı

Rusiya polisi Novosibirsk şəhərində narkomafiyanı zərərsizləşdirib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, mafiya dünyanın 50 ölkəsinə narkotik ötürür. Həmin ölkələr arasında Avropa, Latın və Şimali Amerika, həmçinin Asiya ölkələri və Avstraliya da daxildir.

 

Kartelin gəliri on milyon dollarla hesablanır. Rusiya polisi bu cinayətkar dəstəni yaxalamaq üçün İspaniya və Çin hüquq-mühafizə orqanlarının yardımından da faydalanıb. Məlum olub ki, mafiya üzvləri adı çəkilən ölkələrdə müştəri tapmaq üçün internetdən də istifadə edir.

 

İlkin istintaq zamanı müəyyənləşdirilib ki, 25 yaşlı Aleksandr Sitnikovun qurduğu şəbəkə xarici ölkələrə 7 min dəfə müxtəlif çəkilərdə narkotik maddələr ötürüb. Narkobaron Novosibirskin Tolmaçevo aeroportunda şəbəkənin digər iki üzvü ilə bərabər saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv