Bakıda 12 mənzildən oğurluq edən şəxs ələ keçdi

Bakıda 12 mənzildən oğurluq edən şəxs həbs edilib. APA TV-nin xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi faktı təsdiqləyib.

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Gülsüm Nəbiyevanın evindən qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev tutulub.

 

Aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 12 vətəndaşa məxsus evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib. Oğurlanmış əşya və qızılların təqsirləndirilən şəxs tərəfindən dəyər-dəyməzinə satıldığı bildirilir.

 

Vətəndaşlara dəyən ziyanın məbləği barədə polisdən məlumat verilməyib.

Müəllif | Apa.Tv