Ankarada avtobus dayanacağa girdi: 11 ölü, 6 yaralı
Türkiyə paytaxtında dəhşətli qəza baş verib. APA TV-nin məlumatına görə, Ankarada bələdiyyə avtobusunun dayanacaqda dayanan insanları əzməsi nəticəsində ən azı 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
Dayanacaqda gözləyənləri altına alan avtobus onları 50 metr sürüdükdən sonra dayana bilib. Cəsədlər parçalanaraq ətrafa yayılıb. Qəza zamanı avtobusun altında qalan yaralıların çıxarılması üçün xilasetmə əməliyyatına başlanılıb. Hadisə yerinə toplananlarla polis arasında gərginlik yaşanıb. Polis toplananları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.