Çində silsilə partlayışlar: əhali panika içində

Çinin cənubunda 18 partlayış baş verib.

 

Çin əhalisi panika içərisindədir. APA TV-nin xəbərinə görə. buna səbəb ölkənin cənubunda 18 partlayışın törədilməsidir.

 

Partlayıcılar poçt vasitəsilə göndərilib. Poçtun ünvanlandığı yer əsasən Luçjen şəhəri olub. Partlayışlar zamanı ziyan görənlərsə şəhərin ticarət mərkəzi, həbsxana, avtodayanacaqlar, xəstəxana və bazarlarda olanlar olub. Nəticədə 7 nəfər ölüb, 51 nəfər yaralanıb.

 

Hökumət bu hadisələri terrorçuluqla əlaqələndirmir. Şübhəli isə hələ ki adı açıqlanmayan 33 yaşlı kişidir. O, artıq saxlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv