Bakıda Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Bakıda Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir. APA TV-nin məlumatına gör, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə şuranın sədri Şahin Seyidzadə dedi ki, konqresin əsas məqsədi fəaliyyətdə olan bütün gənclər təşkilatlarını birləşdirərək həyata keçirilən gənclər siyasəti haqqında, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında fikir mübadiləsi aparmaqdır.

 

Gənclər və idman naziri Azad Rəhimov isə ilk dəfə keçirilən bu konqresi müsbət dəyərləndirrərək bildirdi ki, Azərbaycanda son illər gənclər təşkilatlarının sayı 10 dəfə artaraq 250-yə çatıb.

 

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Brok isə bildiirdi ki, Bu ilin oktyabrında Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birlikdə “BMT Təhlükəsizlik Şurasının nümunəvi iclası” keçiriləcək”.

 

Qeyd edək ki,Konqresdə Bakının və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatı təmsil olunur.

 

Müəllif | Apa.Tv