Bakının mərkəzində iki yük maşını toqquşdu

Ötən gecə Bakının Xətai rayonunda iki yük maşınının iştirakı ilə qəza baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Xocalı prospektinin kəsişməsində qeydə alınıb.

 

99 JF 768 dövlət nömrə nişanlı "KamAZ" 10 ZH 133 nömrəli başqa bir "KamAZ"a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "KamAZ"lardan biri yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai rayon şöbəsinin əməkdaşları gəliblər. Sürücü sərxoşluq müayinəsinə aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü qəzaya səbəb kimi yük maşının əyləcinin sıradan çıxmasını göstərib.

 

Faktla bağlı Dövlət Yol Polisinin Xətai rayon şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv