“Qarabağ”dan möhtəşəm qələbə

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib.

 

APA TV-nin məlumatına görə, Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.

 

İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Bu top matçda yeganə olub.

 

Azərbaycan klublarının qrupda ilk qələbəsini qazanan Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Buna “Qarabağ”ı ilk oyunda məğlub edən "Tottenhem"in Fransadan xalla ayrılması səbəb olub. “Monako”nun qalib gələ bilməməsi təmsilçimizi 2-ci pilləyə daşıyıb.

 

Müəllif | Apa.Tv