Azərbaycanda dollar və rubl ucuzlaşdı, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları həftəni manat qarşısında dəyər itirməklə başa vurub. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1.0483 manat olaraq müəyyənləşdirib.
Bir gün əvvəl gözlənilmədən dəyər qazanan Rusiya rublu da həftə sonu ucuzlaşıb. Hazırda 1000 Rusiya rublu 16 manatdır.
Bivalyuta səbətinə daxil olan avro isə bir gün əvvələ nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1.172 manatdır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini oktyabrın 5-də açıqlayacaq.