"Qəbələ” uduzdu - QOLLAR
Avrokubokdakı ikinci təmsilçimiz "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.
APA TV-nin məlumatına görə, Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar.
İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.
Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.
İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.
Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefinə soğan doğrayıb".
Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.