Şəmkirdə qatar 43 yaşlı kişini vurdu - AMPUTASİYA
Şəmkirdə bədbəxt hadisə baş verib. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Razim oğlu Namazov dəmiryolu xəttini keçmək istəyərkən elektrovoz onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sağ qolu amputasiya edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.