Şəmkirdə iki bıçaqlanma: biri qardaşını, digəri qonşusunu bıçaqladı
Şəmkirdə qardaş qardaşı bıçaqlayıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.
Şəmkir şəhər sakini Seymur Niftalıyev mübahisə zəminində böyük qardaşı, 42 yaşlı Teymur Niftəliyevi döş qəfəsindən bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən Teymur Nıftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Şəmkirdə ikinci bıçaqlanma hadisəsi isə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Xəyal Tahir oğlu Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Xəyal Əliyevi həmkəndlisi və qonşusu Vüqar Orucov bıçaqlayıb.
Hər iki faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.