Qubada iki maşın toqquşdu

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində hissəsində qeydə alınıb.

 

Quba rayon sakini Yusif Nöhbalayevin idarə etdiyi “Nissan” markalı avtomaşınla “VAZ-21015” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “VAZ-21015”-də olan iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan