Göyçayda piyada “Passat”ın altında qaldı

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gecə 00.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

 

Göyçayın  Ləkçıplaq kənd sakini, 75 yaşlı Vidadi Mustafayev idarə etdiyi “Volkswagen Passat” markalı minik avtomobili ilə yolu keçən piyada, Göyçay rayonunun Mırtı kəndi sakini, 32 yaşlı Nuriyev Sahib Həmzə oğlunu vurub.

 

Sahib Nuriyev aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində faktla bağlı araşdırmalara başlanılıb. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov