21 yaşlı “KamAZ” sürücüsü qəza törətdi - ÖLÜM
Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun 206-cı km-də, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.
Göyçay sakini, 48 yaşlı Novruz Əhmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı rayon sakini 21 yaşlı Natiq Məlikovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə zamanı minik avtomobilinin sürücüsü Novruz Əhmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.