Erməni mövqelərinin vurulması görüntüləri yayıldı - VİDEO
Azərbaycan Ordusunun minaatanlardan erməni mövqelərinə endirdiyi zərbələrin videogörüntüsü yayılıb. Görüntülərdən aydın olur ki, zərbələr nəticəsində erməni tərəfi çoxsaylı itki verib. APA TV-nin məlumatına görə, sosial şəbəkələrdə yayılmış görüntüdə erməni əsgərlərin ərazidə hərəkət etməsi və onların sığınacaqlarına zərbələrin endirilməsi kadrları öz əksini tapıb.
Düşmən səngərləri 28 sentyabr 2015-ci il saat 18.53 radələrində atəşə tutulub.
Zərbələr nəticəsində erməni tərəfi çoxsaylı itki verib.