Amerikalı fermer tarlada mamont skeleti tapıb
Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında bir cütçü qeyri-adi kəşfə imza atıb. APA TV-nin “Evronews”a istinadən verdiyi xəbərə görə, cütçü paxla tarlasını şumlayan zaman eradan əvvəlki dövrə aid mamont qalığı tapıb. Mamontun kəllə sümüyünü və dişlərini tapan cütçü skeleti Miçiqan Universitetinin paleontoloqlarına təhvil verib.